- Transfer
- 11:52 06.05.2026
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer Liqasında çalışmaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, “Çelsi” artıq mütəxəssisin ətrafı ilə əlaqə saxlayıb. Bildirilir ki, Xavi komandanı qəbul etməyə hazırdır, lakin hazırda “zadəganlar”ın qısa siyahısında əsas namizəd hesab olunmur.
London təmsilçisi ilk növbədə Xabi Alonso, Marku Silva və Andoni İraolanın namizədliyini nəzərdən keçirir.
Xatırladaq ki, “Çelsi” bir neçə ay əvvəl komandanı çalışdıran Liam Rozenyorla yollarını ayırıb. İngiltərə çempionatında 35 turdan sonra “zadəganlar” 48 xalla turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.