7 may 2026. Cümə axşamı

Mourinyonun “Real”a qayıdışı gündəmdə - 5 şərt irəli sürülüb


  • Transfer
  • 23:50 06.05.2026
  • Oxunma sayı: 29
Mourinyonun “Real”a qayıdışı gündəmdə  - 5 şərt irəli sürülüb

“Real”ın prezidenti Florentino Perez ilə portuqaliyalı məşqçi Joze Mourinyo arasında mümkün qayıdışla bağlı danışıqlar aparılıb.

90deqiqe.Az-ın “Sport"a istinadən məlumatına görə, portuqaliyalı çalışdırıcı klub rəhbərliyinə beş əsas şərt təqdim edib:

  1. Məşqçi iki illik müqavilə tələb edir – 2028-ci ilin iyununa qədər.
  2. Klubda rəsmi mətbuat katibi təyin olunmalıdır. Mourinyo yalnız məşqçi kimi çıxış etmək, klubun rəsmi açıqlamalarını verməmək istəyir.
  3. Tam idman müstəqilliyi. O, transfer və idman qərarlarına rəhbərliyin müdaxiləsini istəmir.
  4. Fiziki hazırlıq üzrə məşqçi Antonio Pintusun komandadan ayrılması. Mourinyo öz heyətində kənar təsir istəmir və birbaşa prezidentlə əlaqə tələb edir.
  5. Tibbi heyətlə bağlı dəyişikliklər. Futbolçuların alternativ həkimlərdən məsləhət ala bilməsi və tibbi qərarların müzakirəsində məşqçinin iştirak etməsi.

Qeyd edək ki, Mourinyo 2010–2013-cü illərdə “Real”a rəhbərlik edib.







Transfer