- Transfer
- 23:59 06.05.2026
Braziliyanın “Fluminense” klubu 39 yaşlı dünya şöhrətli hücumçu Hulku heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziyalı hücumçu ilə 1,5 illik rəsmi müqavilə imzalayıb.
Bildirilir ki, iyul ayında 40 yaşını tamamlayacaq təcrübəli forvard yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Braziliya futbolunun tanınmış simalarından olan Hulk karyerasında yeni mərhələyə qədəm qoyaraq “Fluminense”yə keçib. Klubun açıqlamasında hücumçunun komandanın hücum xəttinə liderlik edəcəyi vurğulanıb.
Qeyd edək ki, futbolçu Braziliya milli komandasında da çıxış edib. O, yığmada 49 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
2021-ci ildə vətəninə qayıtdıqdan sonra Hulk “Atletiko Mineyro”da 5 mövsüm çıxış edib və bu dövrdə bir sıra titullar qazanıb. O, klubla 5 dəfə Mineyro çempionluğu, həmçinin Braziliya A Seriyası, Braziliya Kuboku və Braziliya Superkubokunu əldə edib.