- Transfer
- 23:57 07.05.2026
İngiltərənin “Mançester Siti” klubu Madrid “Real”ının ulduz futbolçusu Vinisius Junioru yay transfer dövründə heyətinə qatmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, “şəhərlilər” braziliyalı hücumçunun müqaviləsini uzatmaması halında onun satıla biləcəyinə dair yayılan xəbərləri də diqqətdə saxlayır. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
“Mançester Siti” hazırda İngiltərə çempionatı və kubok uğrunda mübarizə aparsa da, klub artıq növbəti mövsüm üçün planlar qurur və rəqabət gücünü qorumağı hədəfləyir. İngiltərə təmsilçisi Vinisiusu Madrid klubundan ayırmaq üçün ciddi addım atmağı düşünür.
Qeyd edək ki, cari mövsümdə Vinisius Junior 50 oyunda 21 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.