- Transfer
- 23:57 07.05.2026
İtaliyanın “Yuventus” komandasında çıxış edən müdafiəçi Andrea Kambyaso karyerasını “Liverpul” klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisi artıq futbolçunun transferi ilə bağlı Turin təmsilçisi ilə əlaqə saxlayıb.
“Liverpul” 26 yaşlı futbolçunu komandadan ayrılması gözlənilən Endi Robertsonun əvəzedicisi kimi görür. Lakin İngiltərə klubu bu transfer uğrunda tək deyil — “Mançester Siti”, “Tottenhem”, “Barselona” və bir sıra İtaliya klubları da futbolçunu heyətində görmək istəyir.
Qeyd edək ki, Kambyaso “Yuventus”un heyətində bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 3 sarı və 1 qırmızı vərəqə alıb.
Futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.