8 may 2026. Cümə

Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər


  • Transfer
  • 23:40 07.05.2026
  • Oxunma sayı: 28
Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Leon Qoretskanın 2025/2026 mövsümünün sonunda komandadan ayrılacağı bir müddət əvvəl rəsmən açıqlanmışdı.

90deqiqe.Az xəbər verir ki,  31 yaşlı futbolçunun karyerasını İtaliyada davam etdirməyə yaxındır. “Milan” klubu Qoretskanı azad agent kimi heyətinə qatmağa hazırlaşır.

“Bavariya” ilə müqaviləsinin başa çatmasına görə alman futbolçu yaxın vaxtlarda “Milan”la ilkin əmək müqaviləsi imzalamaq hüququ əldə edəcək.

Qeyd edək ki, Leon Qoretska peşəkar karyerası ərzində indiyədək Almaniyadan kənarda heç bir klubda çıxış etməyib.

Xatırladaq ki, “Bavariya” bu yaxınlarda Almaniya Bundesliqasının çempionu olub. Münhen təmsilçisi UEFA Çempionlar Liqasında isə PSJ-yə məğlub olaraq finala vəsiqə qazana bilməyib. Komandanı qarşıda “Ştutqart”a qarşı kubok finalı gözləyir.







Transfer