22 iyun 2026. Bazar ertəsi

Mourinyo yenidən “Real Madrid”ə qayıda bilər


  • Transfer
  • 23:57 07.05.2026
  • Oxunma sayı: 115
Mourinyo yenidən “Real Madrid”ə qayıda bilər

Madrid “Real”ının sabiq baş məşqçisi Joze Mourinyo yenidən “Kral klubu”na qayıtmağa hazırlaşır.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O  hazırda Portuqaliyanın “Benfika” klubunu çalışdıran mütəxəssisin “Real”dakı çətin vəziyyətə baxmayaraq, komandaya dönüş variantını nəzərdən keçirdiyini qeyd edib.

Bildirilir ki, Madrid təmsilçisinin daxilində komandanın əvvəlkindən daha çox birliyə ehtiyac duyduğu düşüncəsi formalaşıb. Klub rəhbərliyi Mourinyonu bu birliyi yenidən bərpa edə biləcək məşqçi kimi qiymətləndirir.

Xatırladaq ki, bir sıra xarici media orqanları “Real”ın son məşqindən sonra yarımmüdafiəçilər Federiko Valverde ilə Orelyen Tçuameni arasında insident yaşandığını yazmışdı. Məlumata əsasən, qarşıdurma zamanı uruqvaylı futbolçu yerə yıxılıb və başını masaya çırpıb. Valverde baş nahiyəsindən xəsarət aldıqdan sonra xəstəxanaya aparılıb.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə Madrid klubunun baş məşqçisi olub.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi