8 may 2026. Cümə

"Arsenal", "Barselona" və "Liverpul" PSJ-nin futbolçusu ilə maraqlanır


  • Transfer
  • 01:49 08.05.2026
  • Oxunma sayı: 42
"Arsenal", "Barselona" və "Liverpul" PSJ-nin futbolçusu ilə maraqlanır

PSJ-nin futbolçusu Bredli Barkola digər top-klubların diqqət mərkəzindədir.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun transferində “Arsenal” klubu maraqlıdır.

 “Topçular” vəziyyəti yaxından izləyir və artıq 23 yaşlı cinah hücumçusu barədə məlumat toplayıb. O, qarşıdakı transfer pəncərəsində satışa çıxarıla bilər.

Barkolaya həmçinin “Barselona” və “Liverpul” klubları da iddia edir.

Cari mövsümdə futbolçu komanda ilə 45 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Lion” akademiyasının yetirməsi olan oyunçunun dəyəri Transfermarkt portalı tərəfindən 70 milyon avro olaraq qiymətləndirilir.







Transfer