8 may 2026. Cümə

"Bavariya" PSJ-nin hücumçusu ilə maraqlanır


  • Transfer
  • 19:50 08.05.2026
  • Oxunma sayı: 28
"Bavariya" PSJ-nin hücumçusu ilə maraqlanır

Almaniyanın “Bavariya” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki Münhen təmsilçisinin rəhbərliyi artıq müxtəlif variantları nəzərdən keçirməyə başlayıb.

Məlumata görə, əsas hədəf Fransanın PSJ klubunda çıxış edən cinah hücumçusu Bredli Barkoladır. Bununla yanaşı, “Bavariya”nın siyahısında digər namizədlər də yer alır. Onlar arasında Niko Uilyams (“Atletik Bilbao”), Rafael Leao (“Milan”), Kodi Qakpo (“Liverpul”) və Kaoru Mitoma (“Brayton”) da var.

Bildirilib ki, “Bavariya”nın transfer siyahısında ilk sırada məhz Barkola dayanır. Fransalı futbolçuya “Barselona”, “Liverpul” və “Arsenal” kimi klubların da maraq göstərdiyi iddia olunur.

Qeyd edək ki, 23 yaşlı hücumçu cari mövsümdə PSJ-nn heyətində 45 oyuna çıxaraq 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.







Transfer