10 may 2026. Bazar günü

“Mançester Siti” Yoşko Qvardiolla yeni müqaviləyə hazırlaşır


  • Transfer
  • 20:08 08.05.2026
  • Oxunma sayı: 64
“Mançester Siti” Yoşko Qvardiolla yeni müqaviləyə hazırlaşır

“Mançester Siti” klubunun müdafiəçisi Yoşko Qvardiol komandası ilə yeni müqavilə imzalamağa çox yaxındır.

90deqiqe.Azn məlumatına görə, bu barədə “Sky Sports” məlumat yayıb.

Daha əvvəl futbolçuya Madrid “Real”ının maraq göstərdiyi bildirilsə də, “şəhərlilər” xorvatiyalı müdafiəçinin qalmaqallarla gündəmə gələn İspaniya klubuna keçidinin qarşısını almaq və onu komandada saxlamaq niyyətindədir.

Qvardiol 2023-cü ildə “Leyptsiq”dən “Mançester Siti”yə keçid etdikdən sonra klubun heyətində 120 oyunda meydana çıxıb. O, həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edərək universal futbolçu olduğunu nümayiş etdirib.

Hazırda 24 yaşlı futbolçu yanvar ayının əvvəlində aldığı baldır sümüyü sınığından sonra bərpa prosesini davam etdirir. Bununla belə, zədə “Mançester Siti”nin onunla əməkdaşlığı uzatmaq istəyinə təsir göstərməyib.

Qvardiol cari mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 70 milyon avro təşkil edir.







Transfer