23 iyun 2026. Çərşənbə axşamı

Koul Palmer “Mançester Yunayted”ə keçə bilər


  • Transfer
  • 21:24 08.05.2026
  • Oxunma sayı: 107
Koul Palmer “Mançester Yunayted”ə keçə bilər

“Çelsi” klubunun yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə transfer variantını dəyərləndirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 24 yaşlı ingilis futbolçu hələ 2025-ci ilin yayında “Mançester Yunayted”ə keçmək istəyib. Hazırda isə Mançester təmsilçisi transferdə maraqlı olduğu təqdirdə danışıqlara yenidən başlamağa hazırdır.

Qeyd olunur ki, hazırda “Mançester Yunayted” üçün əsas prioritet heyətin digər mövqeləridir. Bu səbəbdən klub qərar vermək üçün vaxt götürüb və prosesdə tələsmək niyyətində deyil.

Daha əvvəl Palmerin Mançesterdəki həyat üçün darıxdığı barədə xəbərlər yayılmışdı. Futbolçu “Mançester Siti”nin yetirməsidir və 2023-cü ilin sentyabrında “Çelsi”yə transfer olunub.

Koul Palmer cari mövsümdə bütün turnirlərdə 27 oyunda iştirak edib, 10 qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Nikolas Pas qərarını verdi
  • Transfer
  • 18:14 20.06.2026
Nikolas Pas qərarını verdi