8 may 2026. Cümə

“Arsenal” PSJ-nin hücumçusuna “elçi düşdü”


  • Transfer
  • 21:57 08.05.2026
  • Oxunma sayı: 8
“Arsenal” PSJ-nin hücumçusuna “elçi düşdü”

“Arsenal” klubu PSJ-nin hücumçusu Bredli Barkola ilə maraqlanır.

90deqiqe.Az-ın “Sky Sport"a istinadən məlumatına görə, “Arsenal” 23 yaşlı futbolçunun vəziyyətini diqqətlə izləyir və futbolçu ilə bağlı bütün vacib məlumatları toplamağa başlayıb.

PSJ isə Barkolaya yeni müqavilə təklif edib, lakin futbolçu bu təklifi qəbul etməyib və tərəflər arasında danışıqlar hazırda davam edir.

Qeyd olunur ki, “Arsenal”  Fransa millisinin üzvünü yaxından izləmək imkanı əldə edəcək. Belə ki, mayın 30-da Budapeştdə keçiriləcək Çempionlar Liqasının finalında London təmsilçisi PSJ ilə üz-üzə gələcək.

Paris klubu ardıcıl ikinci dəfə turnirin finalına yüksəlib. “Arsenal” isə son 20 ildə ilk dəfə həlledici oyunda iştirak edəcək.







Transfer