- Transfer
- 21:32 09.05.2026
“Tottenhem”in və İspaniya millisinin müdafiəçisi Pedro Porro karyerasını vətənində davam etdirmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın “Gol Digital” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu ilə “Barselona” və Madrid “Real”ı maraqlanır. Hər iki klub onu müdafiənin sağ cinahındakı problemlərin həlli kimi qiymətləndirir.
Bildirilir ki, “Tottenhem”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olan ispaniyalı futbolçu İngiltərə Premyer Liqasını tərk etmək istəyir. London təmsilçisi isə Pedro Porronu 69 milyon avrodan aşağı məbləğə satmağa razı deyil.
Mənbənin iddiasına əsasən, “Barselona” artıq baş məşqçi Hans-Diter Flikin oyun sisteminə uyğun, daha hücumameyilli və dinamik sağ cinah müdafiəçisi axtarışına başlayıb.
Kataloniya klubunun diqqətini Pedro Porronun boş zonalara daxil olmaq, cinahda genişlik yaratmaq və davamlı təhlükə formalaşdırmaq bacarığı cəlb edir.
Madrid “Real”ı isə onu müdafiəçi Daniel Karvaxalın potensial varisi hesab edir.