- Transfer
- 21:32 09.05.2026
Türkiyənin “Qalatasaray” klubu yay transfer dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sporx” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi “Liverpul”un 34 yaşlı müdafiəçisi Vircil van Deykin transferində maraqlıdır. Klub təcrübəli futbolçunu müdafiə xəttinin gücləndirilməsi üçün ideal namizəd hesab edir.
Vircil van Deykin “Liverpul”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Bildirilir ki, niderlandlı futbolçu cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılma ehtimalını nəzərdən keçirir.
“Qalatasaray”ın bu keçidi təzminat ödəmədən, azad agent kimi reallaşdırmaq istədiyi vurğulanır.
2025/2026 mövsümündə Vircil van Deyk bütün turnirlərdə “Liverpul”un heyətində 52 oyunda meydana çıxıb. Müdafiəçi bu qarşılaşmalarda altı qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.