- Transfer
- 21:32 09.05.2026
“Nyukasl” “Sportinq”in hücumçusu və Portuqaliya çempionatının 2025/2026 mövsümünün ən məhsuldar futbolçusu Luis Suaresi yaxından izləyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, futbolçu İngiltərə klubunun marağı barədə artıq “Sportinq” rəhbərliyini məlumatlandırıb.
Bildirilir ki, Portuqaliya təmsilçisi vəziyyətə sakit yanaşır. Buna səbəb isə 28 yaşlı hücumçunun müqaviləsində nəzərdə tutulan 80 milyon avroluq sərbəstqalma məbləğidir.
Luis Suares ötən ilin yayında İspaniyanın “Almeriya” klubundan “Sportinq”ə transfer olunub. Lissabon təmsilçisi bu keçid üçün 22,95 milyon avro ödəyib.
Cari mövsümdə hücumçu Portuqaliya çempionatında 30 oyunda meydana çıxıb. O, yeni klubundakı debüt mövsümündə 26 qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.