1 oktyabr 2026. Cümə axşamı

“Barselona” və “Liverpul” PSJ-dən Barkolanı yayda transfer etmək istəyir


  • Transfer
  • 21:23 09.05.2026
  • Oxunma sayı: 179
“Barselona” və “Liverpul” PSJ-dən Barkolanı yayda transfer etmək istəyir

“Bavariya”, “Barselona” və İngiltərə Premyer Liqasının iki klubu yay keçid dövründə PSJ-nin cinah hücumçusu Bredli Barkolanı transfer etmək istəyir.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin iddiasına görə, alman və ispan nəhəngləri ilə yanaşı, “Arsenal” və “Liverpul” da futbolçu ilə maraqlanır.

Bildirilir ki, “topçular” Barkolanı yaxından izləyir və onunla bağlı bütün zəruri məlumatları toplayıb. “Arsenal”, eləcə də “Bavariya”, “Barselona” və “Liverpul” hücumun sol cinahını gücləndirmək üçün yüksək səviyyəli futbolçu axtarışındadır.

Yayda Barkolanın adıçəkilən klublardan birinə transferinin gerçəkləşə biləcəyi vurğulanır.

Məlumata əsasən, “Barselona” və “Liverpul” “Nyukasl”ın futbolçusu Entoni Qordonu da izləyir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir