- Transfer
- 22:20 09.05.2026
“Liverpul” PSJ-nin qapıçısı Lük Şevalyenı braziliyalı qolkiper Alisson Bekkerin əvəzləyicisi kimi nəzərdən keçirir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı qapıçının Paris klubundan ayrılması mümkündür.
Daha əvvəl Alissonun “Yuventus”a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, fransalı qolkiper 2025-ci ilin yayında PSJ-yə transfer olunub. Cari mövsüm ərzində Şevalye əsas qapıçı mövqeyi uğrunda rusiyalı qapıçı Matvey Safonovla rəqabətdə geri qalıb.
Onun PSJ ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.