1 oktyabr 2026. Cümə axşamı

Avstriyalı futbolçu üçün Avropa nəhəngləri hərəkətə keçdi


  • Transfer
  • 22:20 09.05.2026
  • Oxunma sayı: 200
Avstriyalı futbolçu üçün Avropa nəhəngləri hərəkətə keçdi

İspaniyanın “Elçe” klubunda çıxış edən avstriyalı müdafiəçi David Affenqruber karyerasını Avropa nəhənglərində davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted”, “Milan”, “Yuventus”, Madrid “Atletiko”su və “Sevilya” maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlarda aparıblar. Klubların yay transfer pəncərəsində futbolçu üçün La Liqa təmsilçisinə təklif göndərməyə hazırlaşacaqlar.

Futbolçunun bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir. Onun “Elçe” ilə müqaviləsi 2027-ci il iyunun sonuna qədər qüvvədədir.

Cari mövsümdə Affenqruber İspaniya La Liqasında 33 oyunda meydana çıxıb. Müdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə verib. O, həmçinin 6 sarı vərəqə alıb və 1 dəfə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir