- Transfer
- 14:21 10.05.2026
İtaliyanın “Roma” klubunun müdafiəçisi Uesli bir sıra Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın “Calciomercato.it"ə istinadən məlumatına görə, braziliyalı futbolçu ilə İspaniyanın “Barselona” və Madrid “Real”ı maraqlanır.
Bununla yanaşı, sağ cinah müdafiəçisini İngiltərə klubları – “Arsenal”, “Mançester Siti”, “Nyukasl” və “Tottenhem” də heyətinə qatmaq istəyir. Bildirilir ki, hələlik heç bir klub oyunçu üçün rəsmi təklif göndərməyib.
22 yaşlı futbolçu ötən yay Braziliyanın “Flamenqo” klubundan “Roma”ya transfer olunub. Keçid üçün İtaliya təmsilçisi 25 milyon avro ödəyib.
Ueslinin İtaliyaya yollanmasından əvvəl onun adı Sankt-Peterburq “Zenit”i ilə də hallandırılırdı.