10 may 2026. Bazar günü

“Trabzonspor” futbolçusu üçün transfer savaşı başlayıb


  • Transfer
  • 14:21 10.05.2026
  • Oxunma sayı: 29
“Trabzonspor” futbolçusu üçün transfer savaşı başlayıb

“Trabzonspor”un hücumçusu Felipe Auqusto karyerasını Rusiyada davam etdirə bilər.  

90deqiqe.Az xəbər verir ki, “Spartak” futbolçu üçün rəsmi təklif göndərib.22 yaşlı futbolçunun transfer uğrunda mübarizəyə həm də “Zenit” və Portuqaliyanın “Benfika” klubu qoşulub.

Bildirilir ki, “Zenit” daha əvvəl braziliyalı forvard üçün 15 milyon avro təklif etsə də, bu təklif rədd edilib. “Trabzonspor” isə futbolçunun satış qiyməti kimi 20 milyon avro tələb edir.

Auqusto 2025-ci ilin yayında “Trabzonspor”a transfer olunub. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 37 oyuna çıxaraq 15 qol vurub.

Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun bazar dəyəri isə 10 milyon avro olaraq qiymətləndirilir.







Transfer