10 may 2026. Bazar günü

“Liverpul” və “Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi uğrunda yarışır


  • Transfer
  • 15:08 10.05.2026
  • Oxunma sayı: 39
“Liverpul” və “Mançester Yunayted” braziliyalı yarımmüdafiəçi uğrunda yarışır

İngiltərənin “Vulverhempton” klubunun mərkəz yarımmüdafiəçisi Joao Qomes yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın “CaughtOffside"ə istinadən məlumatına görə, klubun Premyer Liqanı tərk etməsindən sonra “canavarlar” ən dəyərli futbolçularından biri ilə yollarını ayırmağa hazırdır. Klub braziliyalı yarımmüdafiəçinin satışından təxminən 46 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Bildirilir ki, futbolçu uğrunda əsas rəqabət “Liverpul” və “Mançester Yunayted” arasında gedir. Bundan əlavə, Madrid “Atletiko”su və “Kristal Pelas” da oyunçunun transferini nəzərdən keçirir.

Qomes cari mövsümdə bütün turnirlərdə 40 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer