1 oktyabr 2026. Cümə axşamı

“Mançester Siti” gənc forvardla danışıqlara başladı


  • Transfer
  • 15:42 10.05.2026
  • Oxunma sayı: 215
“Mançester Siti” gənc forvardla danışıqlara başladı

Fransanın “Lill” klubunun hücumçusu Matias Fernandes-Pardo “Mançester Siti”nin maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə təmsilçisi artıq 21 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Bundan əlavə, “şəhərlilər” transfer məsələsi ilə bağlı “Lill”lə də əlaqə saxlayıb. Fransa klubu gənc hücumçu üçün 60 milyon avro tələb edir.

Bildirilir ki, ispaniyalı futbolçunun çıxışı Madrid “Atletiko”su və “Arsenal”ın da diqqətini cəlb edib.

Fernandes-Pardo cari mövsümdə bütün turnirlərdə 39 oyunda iştirak edib. O, bu matçlarda 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Lill”lə müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir