- Transfer
- 16:01 10.05.2026
Fransanın PSJ klubu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresin transferi üzrə danışıqları intensivləşdirib.
90deqiqe.Az-ın “PSG Report"a istinadən məlumatına görə, Paris təmsilçisi artıq bir neçə həftədir ki, argentinalı futbolçunun yaxın çevrəsi ilə əlaqə saxlayır. Bildirilir ki, baş məşqçi Luis Enrike Alvaresin böyük pərəstişkarıdır və onu komandanın gücləndirilməsi üçün ideal futbolçu hesab edir.
Çempionlar Liqasının qalibi olan PSJ futbolçunu heyətinə qatmaqda qətiyyətlidir. Buna baxmayaraq, “Barselona” və digər böyük klubların da hücumçuya ciddi maraq göstərdiyi qeyd olunur.
Xulian Alvares cari mövsümdə bütün turnirlərdə 49 oyunda meydana çıxıb. O, bu matçlarda 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.