- Transfer
- 22:53 10.05.2026
Dortmund “Borussiya”sının müdafiəçisi Yulian Ryerson “Barselona”nın maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın “ElNacional"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi yay transfer dövründə norveçli futbolçunu heyətinə qatmağı nəzərdən keçirir. “Göy-qırmızılar” 28 yaşlı müdafiəçi üçün 35 milyon avro ödəməyə hazırdır.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ryersonu Lamin Yamalın hücum potensialını tamamlayacaq oyunçu kimi görür.
Yulian Ryerson 2023-cü ildə Berlin “Union”undan Dortmund “Borussiya”sına beş milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
Norveçli futbolçu cari mövsümdə bütün turnirlərdə 41 oyunda meydana çıxıb və 17 məhsuldar ötürmə ilə yadda qalıb.