- Transfer
- 15:44 11.05.2026
“Mançester Siti”nin müdafiəçisi Con Stounz karyerasını yenidən “Everton”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Insider"ə istinadən məlumatına görə, 31 yaşlı futbolçu cari mövsüm başa çatdıqdan sonra Mançester təmsilçisini tərk edəcək. Mənbənin iddiasına görə, “Everton” rəhbərliyi Stounzun komandaya sensasiyalı dönüş variantını nəzərdən keçirir.
Bildirilir ki, "Liverpul" klubu artıq müdafiəçi ilə ilkin danışıqlar da aparıb.
Xatırladaq ki, Con Stounz 2013–2016-cı illərdə “Everton”un formasını geyinib. “Mançester Siti” onu məhz bu klubdan 55 milyon avrodan artıq məbləğ qarşılığında transfer etmişdi.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 16 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.