11 may 2026. Bazar ertəsi

“Real” heyətini yeniləmək üçün futbolçu satışına hazırlaşır


  • Transfer
  • 15:44 11.05.2026
  • Oxunma sayı: 31
“Real” heyətini yeniləmək üçün futbolçu satışına hazırlaşır

“Real Madrid” qarşıdakı transfer dövründə yeni transferlərin maliyyələşdirilməsi üçün futbolçu satışına əl ata bilər.

90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, klubun müdafiə xəttində dəyişikliklər gözlənilir. Belə ki, David Alaba və Antonio Rüdigerin müqavilələrinin başa çatmasından sonra azad agent statusunda komandadan ayrılması ehtimal olunur.

Eyni zamanda, ehtiyat heyətdə yer alan Daniel Sebalyos və Qonsalo Qarsiyanın satışı da nəzərdən keçirilir. Komandanın kapitanı Daniel Karvaxalın gələcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

Mənbənin iddiasına əsasən, klub rəhbərliyi qarşıdakı transfer pəncərəsini “adi bir dövr” kimi dəyərləndirsə də, vəziyyətlə yaxından tanış olan mənbələr yeni transferlər üçün mütləq oyunçu satışının lazım olduğunu bildirirlər.

Bildirilib ki, dəyişikliklər yalnız futbolçu heyəti ilə məhdudlaşmaya bilər və klubun idman strukturunda da genişmiqyaslı yenidənqurma istisna edilmir.







Transfer