11 may 2026. Bazar ertəsi

PSJ Luka Şevalye ilə yollarını ayırmağa hazırlaşır


  • Transfer
  • 22:18 11.05.2026
  • Oxunma sayı: 43
PSJ Luka Şevalye ilə yollarını ayırmağa hazırlaşır

PSJ yayda qapıçısı Luka Şevalye ilə yollarını ayırmağa hazırlaşır.

90deqiqe.Az-ın "L'Équipe" nəşrinə istinadən məlumatına görə, Paris təmsilçisi yayda Şevalyə ilə bağlı daxil olacaq təklifləri dəyərləndirməyə hazırdır. Qapıçının özü də ehtiyatda qalmaq istəmədiyi üçün komandadan ayrılmağa müsbət yanaşır.

Paris təmsilçisi ötən yay Canluici Donnarummanın “Mançester Siti”yə keçidindən sonra Şevalyeni 55 milyon avro qarşılığında heyətinə qatmışdı.

Lakin fransalı qapıçı komandada özünü tam göstərə bilməyib və əsas heyətdə yer uğrunda mübarizədə Matvey Safonova uduzub.

Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. İxtisaslaşmış qiymətləndirmə saytının məlumatına əsasən, Şevalyenin bazar dəyəri 30 milyon avrodur.







Transfer