12 may 2026. Çərşənbə axşamı

PSJ Xulian Alvares üçün “Atletiko”ya rekord məbləğ təklif etdi


  • Transfer
  • 22:01 12.05.2026
  • Oxunma sayı: 36
PSJ Xulian Alvares üçün “Atletiko”ya rekord məbləğ təklif etdi

 Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən məlumatına görə, Paris təmsilçisi argentinalı futbolçunun transferi üçün danışıqlara başlayıb.

Fransa nəhəngi 26 yaşlı futbolçu üçün 150 milyon avrodan çox ödəməyə hazırdır.

Argentinalı forvard 2024-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Alvares bu mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Futbolçunun transfer bazarındakı dəyəri isə 90 milyon avro olaraq qiymətləndirilir.







Transfer