- Transfer
- 22:31 13.05.2026
"Nyukasl" klubunun hücumçusu Nik Voltemade karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Bild" nəşrinə istinadən məlumatına görə, İngiltərə təmsilçisi alman hücumçunun bu yay transferi ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır. Futbolçunun xidmətində isə "Atletiko Madrid" maraqlıdır. Madrid klubu artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Qeyd edək ki, Nik Voltemade 2025-ci ildə "Ştutqart" klubundan “Nyukasl”a 75 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin 30 iyun tarixinədək qüvvədədir.
Cari mövsümdə hücumçu bütün turnirlər daxil olmaqla “sağsağanlar”ın heyətində 49 oyunda iştirak edib, 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 65 milyon avro qiymətləndirir.