- Transfer
- 22:48 14.05.2026
“Real” Joze Mourinyonu yenidən komandaya gətirmək üçün “Benfika”ya təzminat ödəməli olacaq.
90deqiqe.Az-ın "Record"a istinadən məlumatına görə, təzminatın məbləği təxminən 7 milyon avro təşkil edir. Mourinyonun müqaviləsində yer alan satınalma bəndini mövsüm başa çatdıqdan sonra 10 gün ərzində aktivləşdirmək mümkündür. “Benfika” cari mövsümdə son oyununu mayın 16-da keçirəcək.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Portuqaliyalı mütəxəssis həmin dövrdə Madrid klubunu bir dəfə İspaniya çempionluğuna daşıyıb. “Kral klubu” 2012-ci il mövsümündə çempionatı 121 qolla başa vurub və bu göstərici hələ də La Liqa rekordu olaraq qalır.
Hazırda “Real” mövsümü Alvaro Arbeloanın rəhbərliyi altında başa vurur.