14 may 2026. Cümə axşamı

Alonso “Çelsi”dən zəmanət istəyir


  • Transfer
  • 21:47 14.05.2026
  • Oxunma sayı: 10
Alonso “Çelsi”dən zəmanət istəyir

Xabi Alonso “Çelsi”nin növbəti baş məşqçisi ola bilər.

90deqiqe.Az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, London klubuyla ispan mütəxəssis arasında danışıqlar davam edir, lakin Alonsonun qərar vermək üçün müəyyən təminatlar istədiyi bildirilir.

Alonso “Çelsi” ilə iş şərtlərini əvvəlcədən dəqiq razılaşdırmaq niyyətindədir. Onun fikrincə, klub bir neçə dəfə məşqçilərə uzunmüddətli layihə vəd etsə də, daha sonra bu planlar pozulub və əməkdaşlıqlar vaxtından əvvəl başa çatıb. İspan mütəxəssis “Stemford Bric”də eyni vəziyyətlə üzləşmək istəmir.

Qeyd edək ki, “Çelsi” 15 may şənbə günü İngiltərə Kubokunun finalında “Mançester Siti” ilə qarşılaşacaq. Premyer Liqada isə London təmsilçisi hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.







Transfer