14 may 2026. Cümə axşamı

Kamavinqanın dünya çempionatı şansı sual altındadır


  • Transfer
  • 22:00 14.05.2026
  • Oxunma sayı: 8
Kamavinqanın dünya çempionatı şansı sual altındadır

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın dünya çempionatına yollanıb-yollanmayacağı Fransa millisinin heyətinin açıqlanmasından öncə əsas müzakirə mövzularından biri olaraq qalır.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, komandanın baş məşqçisi Didye Deşamın mundiala aparacağı futbolçuların tam siyahısını bu gün axşam "TF1" telekanalının efirində təqdim edəcəyi bildirilir.

Son həftələrdə Kamavinqanın turnirdə iştirakı ciddi şübhə altına düşüb. Məşqçilər korpusu onun qeyri-stabil mövsümü və mərkəz yarımmüdafiəsində yüksək rəqabət səbəbindən futbolçunu heyətdən kənarda saxlamaq variantını da nəzərdən keçirib.

Kamavinqanın vəziyyətinə zədələr, Madrid klubundakı zəif çıxışlar və “Bavariya”ya qarşı oyunda aldığı qırmızı vərəqə də təsir göstərib. Mart ayında keçirilən yoldaşlıq oyunlarında isə o, Orrelien Çuameni, Uorren Zair-Emeri, Nqolo Kante və Adrian Rabyo kimi futbolçulardan sonra mərkəz yarımmüdafiədə yalnız beşinci seçim kimi qiymətləndirilib.

Bununla belə, futbolçunun universallığı onun əsas üstünlüklərindən biri olaraq qalır. Deşam Kamavinqadan yalnız mərkəz yarımmüdafiədə deyil, sol cinah müdafiəçisi mövqeyində də istifadə edib.

Yarımmüdafiəçinin rəqabətinə “Lion”da uğurlu mövsüm keçirən Korenten Tolisso da qoşula bilər.







Transfer