14 may 2026. Cümə axşamı

Premyer Liqa ilin ən yaxşı məşqçisi namizədlərini açıqladı


  • Transfer
  • 22:10 14.05.2026
  • Oxunma sayı: 8
Premyer Liqa ilin ən yaxşı məşqçisi namizədlərini açıqladı

İngiltərə Premyer Liqası mövsümün ən yaxşı məşqçisi mükafatına namizədlərin siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mükafata altı mütəxəssis iddialıdır: “Brentford”un baş məşqçisi Kit Endryus, “Arsenal”ın çalışdırıcısı Mikel Arteta, “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Maykl Karrik, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, “Bornmut”un çalışdırıcısı Andoni İraola və “Sanderlend”in baş məşqçisi Rejiss Le Bris.

Mikel Arteta “Arsenal”ın UEFA Çempionlar Liqasının finalına yüksəlməsi və Premyer Liqada çempionluq mübarizəsini davam etdirməsi ilə bu siyahıya daxil edilib. London klubu mövsümün böyük hissəsində turnir cədvəlinə başçılıq edib və 22 illik fasilədən sonra ilk çempionluq şansını saxlayır.

Maykl Karrik isə “Mançester Yunayted”də yanvar ayında vəzifəyə gəldikdən sonra komandanı 6-cı yerdən 3-cü yerə yüksəldərək Çempionlar Liqasına vəsiqə qazandırdığı üçün namizədlər sırasında yer alıb.

Pep Qvardiolanın komandası hazırda ikinci pillədə qərarlaşıb və çempionluq uğrunda mübarizəni davam etdirir. İspan mütəxəssis karyerası ərzində bu mükafatı 6 dəfə qazana bilər. O, əvvəlki dövrlərdə Premyer Liqada 13 dəfə ayın ən yaxşı məşqçisi seçilib.

Qalib səsvermə yolu ilə azarkeşlər və ekspertlər tərəfindən müəyyən ediləcək. Səsvermə 18 mayda başa çatacaq.







Transfer