- Transfer
- 22:48 14.05.2026
Dortmund “Borussiya”sının sol cinah müdafiəçisi Daniel Svensson karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, isveçli futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır. Bundan əlavə, “Arsenal”, “Liverpul” və “Atalanta” da oyunçunun transfer uğrunda mübarizəyə qoşulub. Bu klubların skautları 24 yaşlı müdafiəçinin oyunlarını artıq bir neçə dəfə izləyiblər.
“Şmellər” futbolçunu 35 milyon avro qarşılığında satmağa hazırdır.
Daniel Svensson 2025-ci ildə “Norşelland”dan Dortmund klubuna 6 milyon avroya transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.
Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 44 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.