- Transfer
- 22:48 14.05.2026
“Bolonya”nın hücumçusu Conatan Rou karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumatına görə, 23 yaşlı futbolçunun transferində “Çelsi” və “Qalatasaray” maraqlıdır. Hər iki klubun skautları “Bolonya”nın “Napoli”yə qarşı son oyununda tribunada olub.
Həmin görüşdə hücumçu 91-ci dəqiqədə qələbə qolunu vurub. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
O, əvvəllər “Norviç” klubunda çıxış edib.
Conatan Rou 2025-ci ildə “Marsel”dən “Bolonya”ya 17 milyon avroya transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-na qədər qüvvədədir.
Cari mövsümdə futbolçu İtaliya klubunun heyətində 41 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.