- Transfer
- 22:48 14.05.2026
Cari mövsümün sonunda “Real”dan ayrılacağı ehtimal olunan futbolçular sırasında yer alan müdafiəçi David Alaba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın “Deadlinedaylive”yə istinadən məlumatına görə, təcrübəli futbolçunun xidmətində “Yuventus” maraqlıdır. “Ağ-qaralar” avstriyalının azad agent kimi transfer olunması imkanını xüsusilə cəlbedici hesab edir. Turin təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
33 yaşlı futbolçu 2021-ci ilin yayından “Real Madrid”in formasını geyinir. Onun bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
Cari mövsümdə La Liqada Alaba “kral klubu”nun heyətində 9 oyuna çıxıb və 1 sarı vərəqə alıb.