- Transfer
- 23:51 16.05.2026
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes karyerasını Fransada davam etdirə bilər.
90deqiqe.Az-ın “ElNacional”a istinadən məlumatına görə, PSJ futbolçunun transferində maraqlıdır. Paris təmsilçisinin ispan yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirdiyi bildirilir.
Fermin Lopes “Barselona” akademiyasının yetirməsidir və Barselona ilə müqaviləsi 2031-ci il iyunun 30-na qədər qüvvədədir. O, bu ilin yanvarında klubla yeni sözləşmə imzalayıb.
Cari mövsümdə yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.