17 may 2026. Bazar günü

Harri Keyn “Mançester Yunayted”in transfer hədəfinə çevrilib


  • Transfer
  • 23:36 16.05.2026
  • Oxunma sayı: 6
Harri Keyn “Mançester Yunayted”in transfer hədəfinə çevrilib

"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıda bilər. 

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, futbolçunun transferində "Mançester Yunayted" maraqlıdır.

“Qırmızı şeytanlar” hücumçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Klub növbəti mövsümdə çempionluq mübarizəsi apara biləcək komanda formalaşdırmaq üçün təcrübəli futbolçunu heyətinə əlavə etmək istəyir.

O, əvvəllər Tottenhemdə çıxış edib.Harri Keyn 2023-cü ildə 95 milyon avro qarşılığında “Bavariya”ya transfer olunub. Onun müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə hücumçu Münhen klubunun heyətində 50 oyunda 58 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer