17 may 2026. Bazar günü

De Vrey “İnter”də qalmağa yaxındır


  • Transfer
  • 23:39 16.05.2026
  • Oxunma sayı: 6
De Vrey “İnter”də qalmağa yaxındır

“İnter”in mərkəz müdafiəçisi Stefan de Vrey karyerasını hazırkı klubunda davam etdirməyə yaxınlaşıb.

90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, niderlandlı futbolçu İtaliya klubunda qalmaq niyyətindədir və bu barədə artıq agentini də məlumatlandırıb. De Vrey maaşının azaldılmasına da razıdır.

Klub rəhbərliyi müdafiəçi ilə yeni maliyyə şərtləri əsasında əməkdaşlığın davam etdirilməsinə müsbət yanaşır.

Onun “neradzurri” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.Stefan de Vrey 2018-ci ildən “İnter”in formasını geyinir. Cari mövsümdə 34 yaşlı futbolçu 15 oyunda iştirak edib, lakin məhsuldar göstəricilərlə yadda qalmayıb.

Qeyd edək ki, “İnter” may ayının əvvəlində İtaliya A Seriyasında çempionluğu vaxtından əvvəl təmin edib.







Transfer