17 may 2026. Bazar günü

Dumfris “İnter”dən ayrıla bilər


  • Transfer
  • 23:49 16.05.2026
  • Oxunma sayı: 7
Dumfris “İnter”dən ayrıla bilər

"İnter"in müdafiəçisi Denzel Dumfris yay transfer pəncərəsində klubdan ayrıla bilər.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumatına görə, iyul ayında niderlandlı futbolçunun müqaviləsindəki satınalma maddəsi qüvvəyə minəcək və bu məbləğ 25 milyon avro təşkil edəcək.

Futbolçunun özü yeni çağırışa hazırdır və karyerasını İngiltərə çempionatında davam etdirməyə üstünlük verir.

Denzel Dumfris 2021-ci ildə 14 milyon avro qarşılığında PSV-dən “İnter”ə transfer olunub. Onun müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə müdafiəçi Milan klubunun heyətində 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer