17 may 2026. Bazar günü

Konate “Barselona”nın transfer hədəfinə çevrilib


  • Transfer
  • 23:51 16.05.2026
  • Oxunma sayı: 9
Konate “Barselona”nın transfer hədəfinə çevrilib

"Liverpul"un müdafiəçisi İbrahima Konate İspaniyaya transfer oluna bilər.

90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, fransalı futbolçunun xidmətində "Barselona" maraqlıdır.

Kataloniya təmsilçisi futbolçunu yay transfer pəncərəsində azad agent kimi heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Hans-Diter Flik yüksək müdafiə xəttində effektiv oynaya bilən mərkəz müdafiəçisinin transferini istəyir və Konate bu tələblərə uyğun hesab olunur.

İbrahima Konate 2021-ci ildə 40 milyon avro qarşılığında “Leyptsiq”dən “Liverpul”a transfer olunub. Onun müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə fransalı müdafiəçi İngiltərə klubunun heyətində 49 oyunda meydana çıxıb və 2 qol vurub. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.







Transfer