- Transfer
- 23:44 17.05.2026
“Real” klubuna "Mançester Siti"nin mərkəz müdafiəçisi Yoşko Qvardiol təklif olunub.
90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, Mançester təmsilçisinin futbolçusu Madrid klubunun diqqət mərkəzindədir. Bildirilir ki, “Kral klubu” müdafiə xəttinin gücləndirilməsini əsas prioritet hesab edir.
Mənbənin məlumatına əsasən, hazırda tərəflər arasında futbolçunun keçidi ilə bağlı rəsmi danışıqlar aparılmır. Lakin xorvatiyalı oyunçunun nümayəndələri onun Madrid təmsilçisinə transfer ehtimalını dəyərləndirirlər.
Bununla yanaşı, portuqaliyalı yarımmüdafiəçi Bernardu Silva da Madrid klubuna təklif olunub. Qeyd edilir ki, Mançester təmsilçisinin kapitanı yayda komandadan azad agent kimi ayrılacaq.
Həmçinin vurğulanır ki, təcrübəli futbolçu karyerasını “Barselona”da davam etdirmək variantından imtina edib.