- Transfer
- 23:44 17.05.2026
“Bavariya”nın qapıçısı Aleksandr Nübelin yay transfer pəncərəsində komandadan ayrılma ehtimalı yüksəkdir.
90deqiqe.Az xəbər verir ki, hazırda alman qolkiper mövsümü “Ştutqart” klubunda icarə əsasında keçirir. Uğurlu çıxışına baxmayaraq, Nübel icarə müddəti başa çatdıqdan sonra “Bavariya”ya qayıtdıqdan sonra komandada qalmayacaq.
Münhen təmsilçisi 29 yaşlı futbolçunu ya transfer etmək, ya da satınalma hüququ ilə yenidən icarəyə vermək niyyətindədir.
Nübelin “Bavariya” ilə mövcud müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir. Onun illik qazancının təxminən 11–12 milyon avro olduğu bildirilir.
Transfermarkt portalının məlumatına əsasən, qapıçının bazar dəyəri 12 milyon avro civarında qiymətləndirilir.