18 may 2026. Bazar ertəsi

Otamendi mövsümün sonunda “Benfika”dan ayrılır


  • Transfer
  • 23:22 17.05.2026
  • Oxunma sayı: 6
Otamendi mövsümün sonunda “Benfika”dan ayrılır

“Benfika” klubu mövsümün yekununda müdafiəçi Nikolás Otamendinin komandadan ayrılacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı futbolçu 2020-ci ildən etibarən Portuqaliya paytaxt təmsilçisində çıxış edirdi.

Bu müddət ərzində o, ümumilikdə 281 oyun keçirib və 18 qol vurub.

Otamendi “Benfika” ilə Portuqaliya çempionluğu, Liqa Kuboku və Superkubokun qalibi olub.

Karyerası ərzində “Valensiya”, “Mançester Siti”, “Portu” və “Atletiko Mineyro” klublarında da çıxış edib. O, Argentina futbolunun “Veles Sarsfild” akademiyasının yetirməsidir.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində dünya çempionu olub.

Qeyd edək ki, “Benfika” mövsümü məğlubiyyətsiz başa vurmasına baxmayaraq, Portuqaliya çempionatını üçüncü yerdə tamamlayıb.







Transfer