- Transfer
- 23:44 17.05.2026
“İnter” klubunun müdafiəçisi Alessandro Bastoni komanda ilə qalmağa daha çox meyil edir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu “Barselona”nın ciddi marağına baxmayaraq, “İnter”də qalmaq ehtimalını artırıb. Son həftələrdə onun klubdan ayrılmaq istəyi azalıb.
Yaxın zamanda Milan təmsilçisinin rəhbərliyi müdafiəçi ilə yeni müqavilə imzalanması üçün danışıqlara başlamağı planlaşdırır.
Cari mövsümdə Bastoni bütün turnirlərdə 40 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.