18 may 2026. Bazar ertəsi

“Real”da böyük dəyişiklik ehtimalı - Mourinyo və Raul bir arada?


  • Transfer
  • 23:44 17.05.2026
  • Oxunma sayı: 8
“Real”da böyük dəyişiklik ehtimalı   - Mourinyo və Raul bir arada?

"Benfika"nın çalışdırıcısı Joze Mourinyo “Real”ın baş məşqçisi vəzifəsinə təyinatına yaxındır

90deqiqe.Az-ın “Diario SPORT” nəşrinə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Madrid “Real”ına qayıdacağı halda məşqçi heyətinə klubun əfsanələrindən birini daxil etmək istəyir.

Söhbət keçmiş hücumçu Raul Qonsalesdən gedir. Lakin onun “Real”a qayıdışı asan görünmür.

Xatırladaq ki, Raul 1994–2010-cu illərdə Madrid klubunda çıxış edib. Bu müddətdə o, 16 titul qazanıb, onlardan üçü Çempionlar Liqası kuboku olub.

Hücumçu ümumilikdə “Real” forması ilə 741 oyun keçirib, 323 qol vurub və 137 məhsuldar ötürmə verib.

O, 2019–2025-ci illərdə “Kastilya” komandasının baş məşqçisi vəzifəsində çalışıb.







Transfer