18 may 2026. Bazar ertəsi

“Napoli”ni İngiltərə klubuna dəyişə bilər


  • Transfer
  • 22:58 18.05.2026
  • Oxunma sayı: 35
“Napoli”ni İngiltərə klubuna dəyişə bilər

“Napoli” yarımmüdafiəçisi Elif Elmasla yollarını ayırmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, Neapol təmsilçisi futbolçunu Almaniyanın “Leypsiq” klubundan icarəyə götürəndən sonra onun 17 milyon avro qarşılığında satınalma opsiyasını aktivləşdirməmək qərarına gəlib. Bu barədə “Football Italia” məlumat yayıb.

Cari mövsümdə 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 43 oyuna çıxıb və baş məşqçi Antonio Kontenin yüksək qiymətini qazanıb. Mütəxəssis bir oyundan sonra Elmasın çoxşaxəli oyun üslubu və futbol intellektini xüsusi vurğulayıb.

Makedoniyalı futbolçuya əsas maraq göstərən klub “Aston Villa”dır. İngiltərə təmsilçisi artıq növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququnu təmin edib. Onunla “Sanderlend” də maraqlanır, lakin futbolçunun karyerasının bu mərhələsində Çempionşip klubuna keçid variantını prioritet saymadığı bildirilir.

“Transfermarkt”ın məlumatına görə, Elmasın bazar dəyəri 14 milyon avro təşkil edir.







Transfer