19 may 2026. Çərşənbə axşamı

“İnter” və “Mançester Siti” transfer mübarizəsinə girişdi


  • Transfer
  • 23:17 18.05.2026
  • Oxunma sayı: 34
“İnter” və “Mançester Siti” transfer mübarizəsinə  girişdi

“Mançester Siti” “Atalanta”nın müdafiəçisi Marko Palestra uğrunda mübarizəyə qoşula bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu ehtimal klubun yeni baş məşqçisi postuna Enzo Mareskanın təyin olunacağı halda daha da artır.

Hazırda futbolçuya əsas maraq göstərən klub “İnter”dir. Milan təmsilçisi uzun müddətdir 21 yaşlı müdafiəçini izləyir və onun transferi üçün 40 milyon avro təklif etməyə hazırdır.

Qeyd olunur ki, əgər yarışa “Mançester Siti” də qoşulsa, futbolçunun qiyməti 50–60 milyon avroya qədər yüksələ bilər.

Palestra cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2026-cı ilin mart ayında İtaliya milli komandasının heyətində debüt edib.







Transfer