19 may 2026. Çərşənbə axşamı

Tedeskonun yeni iş yeri Almaniyada ola bilər


  • Transfer
  • 22:02 19.05.2026
  • Oxunma sayı: 45
Tedeskonun yeni iş yeri Almaniyada ola bilər

Təcrübəli baş məşqçisi Domeniko Tedeskonun yaxın vaxtlarda Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubuna rəhbərlik edə bilər

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikol Şkira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O tərəflərin artıq ilkin danışıqlar apardığını və mütəxəssisə iki illik müqavilə təklif edildiyini qeyd edib.

Tedeskonun son iş yeri Türkiyənin “Fənərbağça” klubu olub. O, İstanbul təmsilçisini çempion edə bilməyib və komanda mövsümü ikinci pillədə başa vurub. “Fənərbağça” həmçinin avrokuboklarda da erkən mərhələdə mübarizəni dayandırıb.

Mönhenqladbax “Borussiya”sı isə ötən mövsüm Almaniya Bundesliqasında 12-ci yeri tutub və aşağı liqa zonasından 9 xal irəlidə qərarlaşıb.







Transfer

Arauxo “İnter”in hədəfində
  • Transfer
  • 22:45 19.05.2026
Arauxo “İnter”in hədəfində