- Transfer
- 23:31 19.05.2026
“Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorimin bir neçə ay sonra yenidən futbola qayıdacağı gözlənilir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Bildirilib ki, 41 yaşlı portuqaliyalı mütəxəssis “Benfika”nın baş məşqçi postuna əsas namizədlərdən biridir və o, bu vəzifədə Joze Mourinyonu əvəz edə bilər.
Məlumata görə, bir müddət əvvəl mətbuatda bu post üçün “Fulhem”in baş məşqçisi Marko Silvanın adı daha çox hallanırdı.
Amorim İngiltərəyə yollanmazdan əvvəl “Sportinq”də çalışaraq iki dəfə Portuqaliya çempionu olub və ciddi uğurlara imza atıb. Onun “Benfika” ilə də bağlılığı var — məhz bu klubda futbolçu karyerasını başa vurub.
Danışıqlarda əlavə üstünlük kimi Amorimin “Benfika” prezidenti Rui Koşta ilə yaxşı münasibətlərinin olduğu qeyd edilir. Klub rəhbərliyinin mütəxəssisin işini yüksək qiymətləndirdiyi bildirilir.